AZ

“Bavariya” Karlla bağlı qərarını verdi

“Bavariya” Lennart Karlla yeni müqavilə bağlamağı planlaşdırır.

Msport.az xəbər verir ki, hazırkı müqavilədə yarımmüdafiəçinin Münhen klubuyla müqaviləsi 2029-cu ilə avtomatik uzanacaq.

Bu, 2026-cı ilin fevralında, oyunçu 18 yaşına çatanda qüvvəyə minəcək. Onun maaşı isə mövsüm üçün 2 milyon avroya yüksələcək. Lakin “Bavariya” futbolçu ilə daha uzunmüddətli müqavilə imzalamaq və maaşını illik 5-8 milyon avroya çatdırmaq istəyir. Karl özü yeni müqavilə imzalamağa hazırdır, amma tərəflər arasında hələ danışıqlar başlamayıb.

Qeyd eək ki, cari Bundesliqa mövsümündə Lennart 13 matç keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
36
2
msport.az

3Mənbələr