AZ

İran iqtisadiyyatı süni nəfəs aparatına bağlanıb

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

"İran iqtisadiyyatı 2026-cı ilin əvvəlindən reanimasiyaya yerləşdirilərək, süni nəfəs aparatına bağlanıb. İndi reanimasiyadan çıxıb-çıxmayacağı, hansı formada çıxacağı həm ixtisasca həkim olan Pezeşkian və komandasından, həm də cəmiyyətdən asılıdır". Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Aqil Məmmədov deyib. Onun sözlərinə görə, Pezeşkian anlayır ki, bu günə qədər İran iqtisadiyyatı üçün süni nəfəs rolunu oynayan subsidiya siyasəti artıq effektiv deyil və indi cərrahi müdaxiləyə, yəni köklü struktur islahatlarına ehtiyac var:"Məsud Pezeşkianla paralel olaraq, devrilmiş Pəhləvilərin təmsilçisi Rza Pəhləvi də yaranmış situasiyadan istifadə edərək proseslərə müdaxilə etməyə çalışır. İndi İran cəmiyyəti özü qərar verməlidir potensial islahatlar təklif edən Məsud Pezeşkianımı, yoxsa nostalji ümid təklif edən Rza Pəhləvinimi dəstəkləyəcək? Hər iki siyasi fiqurun müqayisəli təhlilini apardıqda kimin daha effektiv ola bilmə ehtimalı ortaya çıxır".Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
1
newscenter.az

2Mənbələr