AZ

Amerikalı aktrisa evində ölü tapıldı

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerikalı fitnes-model və aktrisa Ceyn Tırka vəfat edib.

Axşam.az xəbər verir ki, aktrisa 62 yaşında ötən ay dünyasını dəyişsə də, bu barədə indi məlumat yayılıb.

Onun oğlu açıqlamasında Ceyn Tırkanın San-Dieqodakı evində həyatını itirdiyini deyib.

Məlumata görə, aktrisanın bir neçə gün ərzində telefon zənglərinə cavab verməməsi rəfiqəsini narahat edib. Evə gələn rəfiqəsi Ceyn Tırkanı mətbəxdə huşsuz vəziyyətdə tapıb. Daha sonra təcili yardım çağırılsa da, həkimlər onun öldüyünü təsdiqləyiblər. Aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ceyn Tırka 1988-ci ildən etibarən bodibildinq yarışlarında iştirak etməyə başlayıb. Aktrisa daha çox 2000-ci ildə çəkilən “Çox qorxulu film” komediyasında canlandırdığı "Miss Mann" obrazı ilə tanınıb. O, həmçinin "Drew Carey Show" və bir sıra seriallarda epizodik rollarda çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
axsam.az

1Mənbələr