AZ

ABŞ “kölgə” tankerinin necə ələ keçirildiyini nümayiş etdirdi

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Sahil Mühafizəsi “Mariner” adlı tankerə edilən təqibin və ABŞ hərbçilərinin gəmiyə endiyi anların görüntülərini yayımlayıb.

KONKRET.az xəbər verir ki, görüntülər gündüz saatlarında çəkilib.

Kadrlarda tankerin ABŞ-ın “Munro” kateri tərəfindən müşayiət olunduğu görünür. Daha sonra ABŞ hərbçilərinin bir qrupu gəmiyə qalxır, iki nəfər isə helikopterdən tros vasitəsilə göyərtəyə enir.

Bundan əvvəl bildirilmişdi ki, ABŞ hərbçiləri Şimal Atlantik okeanında bir neçə gün ərzində tankerə nəzarət ediblər. 7 yanvar tarixində isə gəmiyə çıxaraq ekipajla əlaqəni kəsiblər.

ABŞ hakimiyyəti bildirib ki, tanker Amerika sanksiyalarını pozub. Ağ Evin mətbuat katibi Karolin Levit açıqlayıb ki, gəmiyə qarşı məhkəmə qərarı əsasında həbs orderi verilib və ekipaj məhkəmə məsuliyyətinə cəlb olunacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
89
1
konkret.az

2Mənbələr