Onun boşaltdığı vəzifəni isə Vüqar Nadirovun tutacağı deyilir. Bu məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün gənc mütəxəssislə əlaqə saxladıq:
“Yalan məlumatdı. Mənə heç nə deyilməyib. Bir məsəl var e, “qız evində toydu, oğlan evinin xəbəri yox”. Klubdan heç kim mənlə əlaqə saxlamayıb. Hazırda “Şuşa” klubunun üzərində işləyirəm. 2009-cu ildə Nadir Qasımovun yaratdığı klub 2015-ci ilə qədər onun rəhbərliyi altında olub. İstəyirik ki, Şuşada futbol olsun. İndi də mən baş məşqçi olacam. Şans olsa, ikinci liqadan başlamaq istəyərik. Bəli, çətindi. Amma 2-ci liqada dağılmaq ehtimalı olan klublar var. Onların yerinə ola bilər ki, biz oynayaq. Sponsor hələ tapılmayıb, əsas elə bunun üzərində işlər gedir. “Xankəndi”dən təklif gəlsə? Vallah, nə deyim...”
MÜZƏFFƏR QULUZADƏ