Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyin təqdim etdiyi məlumatlar əsasında müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib.
Bununla da sözügedən müəssisə ölkəmizdə ilbiz istehsalı sahəsində Avropa İttifaqı bazarına çıxış əldə edən ilk istehsalçı müəssisə olub.
Qeyd edilib ki, daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31