AZ

Donald Tramp ABŞ-ı 66 təşkilatdan çıxardı

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların 31 BMT agentliyi də daxil olmaqla, ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxması barədə fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, bəyanatda deyilirdi: "Bu gün Prezident Donald Tramp ABŞ-ın artıq Amerika maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan çıxmasını əmr edən bir sərəncam imzaladı".

Bəyanatda qeyd olunur ki, qərar müvafiq beynəlxalq təşkilatların "Amerikanın milli maraqlarına zidd hərəkət etməsi" səbəbindən verilib və ABŞ həm iştirak, həm də maliyyələşdirmə baxımından BMT-nin himayəsi altında olan 31-i ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxacaq.

Ağ Evin açıqlamasında hansı təşkilatlardan çıxarılacağı dəqiqləşdirilməyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
2
turkustan.az

7Mənbələr