AZ

Ər-Riyad danışıqlarında ŞOK: Yəmənli lider qayıqla qaçıb BƏƏ-yə SIĞINDI

Yəmən liderinin filmləri xatırladan qaçışının təfərrüatları bəlli olub.

İnterpress.az xəbər verir ki, Yəmənin Cənub Keçid Şurasının lideri Aydarous əl-Zubaydi Ər-Riyaddakı danışıqları tərk edərək ölkədən qaçıb.

Məlumata görə, “Reuters” mənbələrinə istinadən bildirir ki, əl-Zubaydi əvvəlcə qayıqla Somalilendə yollanıb, oradan təyyarə ilə Moqadişoya, təxminən bir saat sonra isə hərbi təyyarə ilə Əbu-Dabiyə uçub.

Mənbələr onun sonuncu təyyarədə olub-olmadığını dəqiq təsdiqləməsə də, əl-Zubaydinin BƏƏ-də ortaya çıxması Səudiyyə Ərəbistanının qəzəbinə səbəb ola bilər. Çünki rəsmi Ər-Riyad BƏƏ-yə cənubdakı separatçıları cilovlamaq üçün təzyiq göstərirdi.

Paralel olaraq, husilərə qarşı olan hökumətin lideri Rəşad əl-Alimi hərbi və təhlükəsizlik strukturlarında ciddi “təmizləmə”yə başlayıb.

O, bir sıra vəzifəli şəxslərin işdən çıxarılması, araşdırmaların aparılması və yeni təyinatlarla bağlı mühüm qərarlar imzalayıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
interpress.az

1Mənbələr