AZ

Masazırlılar üçün tıxac dərdi bitir - ŞAD XƏBƏR

Ötən gün Masazır sakinlərinin yolla bağlı şikayətini işıqlandırmışdıq.

Azreform.info xəbər verir ki, sakinlər Masazırdan Bakıya gələn əsas yol olan Əliağa Vahid küçəsində isə hər zaman tıxac yarandığını, alternativ yol olan Ziya Bünyadov küçəsinin isə təmirsiz olduğunu bildirirlər.

Əvvəli burada: Masazır üçün unkial təklif: İnsanlar yolda qalmaz - FOTO

Qeyd olunurdu ki, Xırdalan-Novxanı yolundan Masazır qəsəbəsinə gedən Ziya Bünyadov küçəsi təmir edilərsə, bu, sürücülərin yolunu qısalda və tıxacda keçirilən saataların azalda bilər.

Abşeron Rayon İcra Hakimiyyətindən Azreform.info -ın sorğusuna cavab olaraq bildirilib ki, bu il asfaltlanma işləri planda nəzərdə tutulub:

“Hazırda Masazır dairəsinin rekonustruksiya olunması ilə bağlı layihə müzakirə olunur. Bundan əlavə bu ilin Tədbirlər Planında da Ziya Bünyadov küçəsinin asfaltlanması nəzərdə tutulub”,- deyə cavabda bildirilib.

Billurə Yunus

Seçilən
21
3
azreform.info

4Mənbələr