Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında (bundan sonra kredit təşkilatı) həmin səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştirak etmə hüququ olan şəxslərin siyahısı genişləndirilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidentinə kredit təşkilatının yenidən təşkili və ləğvi həvalə edilib.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının Nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla həyata keçirəcək.