AZ

Milyonçuların öldüyü helikopter qəzasının anbaan videosu

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Rusiyanın Perm vilayətinin Bardım rayonunun Peçmen kəndi yaxınlığında özəl helikopter qəzaya uğrayıb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində iş adamı, “Tattranskom” nəqliyyat şirkətinin təsisçisi və milyonçu İlyas Gimadutdinov və onun dostu avtomobil kolonunun rəhbəri Elmir Konyakov həyatını itirib. 

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Perm diyarında şəxsi helikopterin qəzaya uğraması ilə nəticələnən fövqəladə hadisənin aviaqəza kimi qiymətləndirib. 

Qəza anı təsadüfi şahidlər tərəfindən lentə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
90
4
unikal.az

5Mənbələr