AZ

Azərbaycanın iki yelkənçisi beynəlxalq turnirdə iştirak edəcək

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanın iki yelkənçisi Türkiyənin Bodrum şəhərində keçiriləcək “Mandarin Cup” beynəlxalq turnirində iştirak edəcək.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda ölkəmiz iki qız idmançı ilə təmsil olunacaq.

Bunlar Nərgiz Məmmədova və Nəzrin Məmmədovadır.

Onlar yarışa türkiyəli məşqçi Mithat Can Yıldırımın başçılığı ilə qatılacaqlar.

Qeyd edək ki, “Mandarin Cup” beynəlxalq turniri yanvarın 13-dən 17-dək təşkil olunacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
2
icma.az

4Mənbələr