Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
İngiltərənin "Liverpul" klubu tərəfindən UEFA Çempionlar Liqasının sonuncu - VIII turunda "Qarabağ"la keçiriləcək oyunda azərbaycanlı azarkeşlərə ayırdığı bilet sayı məlum olub.
Bu barədə Oxu.Az-a "Qarabağ" Futbol Klubunun mətbuat katibi Anar Hacıyev deyib.
Bildirilib ki, komandanı "Enfild" stadionunda 1250 nəfər azarkeş dəstəkləyəcək.
Qarşılaşma yanvarın 28-də baş tutacaq.
Qeyd edək ki, İngiltərə mətbuatında daha öncə "Qarabağ" tərəfdarları üçün 2000 nəfərlik yerin ayrıldığı, yerli azarkeşlərin oyuna böyük marağına görə isə bu sayın azaldıldığı barədə xəbərlər yayılıb. Anar Hacıyev bu barədə məlumatlı olmadığını bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.