AZ

Azərbaycan Amerika Birləşmiş Ştatları münasibətlərinin 2026 cı ildə dərinləşəcəyi və daha da inkişaf edəcəyi gözlənilir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2025-ci il Azərbaycan–ABŞ münasibətlərində tədrici dəyişikliklərin artıq nəticə verdiyi, müharibədən sülhə keçidin isə real siyasi məzmun qazandığı bir mərhələ kimi diqqət çəkdi. Post-münaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın regionda artan rolunu daha aydın şəkildə ortaya qoydu və bu proses Vaşinqtonla münasibətlərdə də öz əksini tapdı. Artıq tərəflər arasında dialoq yalnız mövcud problemlərin müzakirəsi ilə məhdudlaşmır, daha geniş strateji baxış və uzunmüddətli maraqlar üzərində qurulurdu.

Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin dərinləşməsi və strateji xarakter alması müşahidə olunur: “Bir tərəfdən, iki ölkə arasında ticarət dövriyyəsində artımlar var. Xüsusən də biz 2025-ci ildə Azərbaycanın ABŞ ixracatında artımları müşahidə etdik. Digər tərəfdən, təbii ki, tələblərə uyğun olaraq, fərqli sektorlarda, o cümlədən informasiya texnologiyası, süni intellekt və digər sahələrdə əməkdaşlıq gücləndirilir. Bu da təbii ki, yalnız ticari əlaqələrdə deyil, həm də iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq imkanlarının artmasından xəbər verir. İşçi qrupunun yaradılması da məhz bu strateji münasibəti göstərən əsas faktorlardan biridir”.

Vüqar Bayramov

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin 2026-cı ildə dərinləşəcəyi və daha da inkişaf edəcəyi gözlənilir.

Deputat hesab edir ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilən görüşdən sonra münasibətlərin strateji əhəmiyyət daşıması müşahidə edilir.

“Azərbaycanın istəklərindən biri məhz 907 düzəlişin tamamilə ləğvi ilə bağlıdır. Çünki bu, praktik olaraq qərəzli bir düzəlişdir, qərardır. Bu baxımdan Amerika Birləşmiş Ştatları tərəfindən 907-ci düzəlişin ləğvi münasibətlərin inkişafında yeni bir mərhələ yarada bilər. Biz ümid edirik ki, rəsmi Vaşinqton, eləcə də qanunverici orqan tərəfindən bu istiqamətdə 2026-cı ildə real addımların atılmasını müşahidə edəcəyik”-deyə Vüqar Bayramov bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
icma.az

1Mənbələr