“Sabah” hücumçu Neqoş Kupusoviçlə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
Serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Neqoş 2024-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 29 oyun keçirib.