Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı futbolçularının yeni siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, siyahıya 100 oyunçu daxil edilib.
Birinci yeri “Barselona”nın vingeri Lamin Yamal tutub. Onun transfer qiyməti 343,1 milyon avro olaraq qiymətləndirilir.
“İlk üçlük”də “Mançester Siti”nin hücumçusu Erlinq Haaland və “Real”ın forvardı Kilian Mbappe yer alıb. Onların dəyəri müvafiq olaraq 255,1 milyon və 201,3 milyon avrodur.
“Top-10”da türkiyəli Arda Gülər də yer alıb. Madrid klubunun yarımmüdafiəçisinin dəyəri 130,3 milyon avrodur. Türkiyə millisinin başqa bir üzvü Kenan Yıldız isə 14-cüdür. “Yuventus”un vingeri 121 milyon avro olaraq qiymətləndirilib.