AZ

Novruzəli Aslanov İsmayıllıda vətəndaşlarla görüşüb FOTOlar

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milli Məclisin deputatı Novruzəli Aslanov  2026-cı il 8 yanvar tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib.

Milli.Az xəbər verir ki, bu dəfəki qəbul millət vəkilinin İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhid anası, şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Səmimi şəraitdə keçən qəbul zamanı Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli istiqamətində müvafiq addımarın atılacağını bildirib.Sonda  İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
92
5
news.milli.az

10Mənbələr