AZ

Putinlə danışdı, 2 gün sonra İraqa hücum əmri verdi Gizli sənədlər

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-ın keçmiş prezidenti Corc Buş 2003-cü ildə İraq Azadlığı Əməliyyatına başlamazdan əvvəl Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədlərində qeyd olunub.

Sənədlərdə Putinlə Buş arasında söhbətin 18 mart 2003-cü ildə baş tutduğu bildirilir.

Məlumata görə, danışığın ertəsi günü, yəni 20 martda, səhər tezdən ABŞ və müttəfiq qüvvələri İraqa hücum ediblər.

“Bu zəng 2003-cü ilin mart ayından çox əvvəl başlayan və Putinin Buşu İraqa hücum etməməyə inandırmağa çalışdığı bir sıra telefon danışıqlarının kulminasiya nöqtəsidir”, – deyə vurğulanır.

Məlumata görə, Buş Putini İraq əməliyyatını dəstəkləməyə inandıra bilməsə də, Rusiya lideri ilə müsbət münasibətlər saxlamağa çalışıb:

“Həmin vaxt ABŞ Prezidenti Putinə anti-Amerika əhval-ruhiyyəsini alovlandırmadığına görə təşəkkür edib və onun mövqeyini qiymətləndirdiyini bildirib”.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
globalinfo.az

1Mənbələr