"Yaxın günlərdə Azərbaycandan yeni yanacaq partiyası Ermənistana daxil olacaq. Burada təəccüblü heç nə yoxdur, sensassiya ilk dəfəsində olmuşdu".
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yerli mətbuata açıqlamasında belə deyib.
O, Azərbaycandan bir neçə min ton yanacağın gələcəyini bildirib və tədarüklərin gələcəkdə davam edə biləcəyini söyləyib.
Nazir vurğulayıb ki, Azərbaycan yanacağına tələbat yüksək olduğundan gətirilən benzin partiyası bir neçə gün ərzində satılıb.