Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
AzVision.az Donald Trampın bununla bağlı yanvarın 7-də imzaladığı fərmana əsasən, Birləşmiş Ştatların iştirakını dərhal dayandırmalı olduğu təşkilatların siyahısına həm fəaliyyət göstərməyən az tanınan hökumətlərarası birliklər, həm də xüsusilə beynəlxalq hüquq sahəsində nüfuzlu strukturlar daxildir. ABŞ-nin çıxdığı təşkilatların tam siyahısı Ağ Evin saytında yerləşdirilib. Onların arasında Venesiya Komissiyası, BMT-nin Beynəlxalq Hüquq Komissiyası, BMT-nin Beynəlxalq Ticarət Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, BMT baş katibinin uşaqlara qarşı zorakılıq üzrə xüsusi nümayəndəsinin ofisi və digərləri yer alıb. Venesiya Komissiyası (tam adı: Hüquq vasitəsilə Demokratiya üzrə Avropa Komissiyası) Avropa Şurasının çətiri altında fəaliyyət göstərir, lakin qeyri-Avropa dövlətlərinin də üzvlüyünə açıqdır. Birləşmiş Ştatlar bu qurumda tammənalı üzv statusuna malikdir. Komissiya öz üzvlərinin qanunun aliliyinə, konstitusiya ədalət mühakiməsinə, insan hüquqları qanunvericiliyinə və sair məsələlərə riayət etməsi üzrə ekspertiza aparır.
ABŞ həmçinin Beynəlxalq Cinayət Tribunallarının Qalıq mexanizmindən də çıxır. Söhbət Balkan müharibələri zamanı keçmiş Yuqoslaviya ərazisində beynəlxalq cinayətlərə görə təqibi, habelə bu cinayətləri araşdıran əsas cinayət tribunalları öz işini görüb ləğv olunduqdan sonra Ruandada soyqırım cinayətlərinin təqibini təmin edən Haaqa strukturundan gedir. Xatırladaq ki, Trampın hakimiyyəti dövründə ABŞ beynəlxalq cinayət ədalət sisteminə kəskin tənqidi münasibət sərgiləyir. Amerika lideri Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) bir neçə məmuruna və hakiminə sanksiya tətbiq edib və BCM-nin özü də bir qurum kimi məhdudiyyətlərlə üzləşib. Əslində, Donald Tarmpın ABŞ-nin bir sıra beynəxlxalq qurumlardan çıxması və ya həmin təşkilatlarda fəaliyyətini məhdudlaşdırması barədə imzaladığı sərəncam onun mövcud dünya nizamının ləğvi yönündə atdığı ciddi addım kimi qiymətləndirilməlidir. Belə ki, SSRİ-nin dağılmasından sonra yaşanan qlobal proseslərlə ayaqlaşa bilməyən Yalta-Podstam beynəlxalaq münasibətlər sisteminin ləğvi ən aktual problemlərdən birinə çevrilib. Bu baxımdan, Tramp adminsitrasiyasının qlobal miqyasda yürütdüyü siyasət formalaşan yeni dünya nizamında ABŞ-nin aparıcı rol oynamaq iddiasında olduğundan xəbər verir. Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.