AZ

Demçenko: “Vernidublu “Neftçi” ilə görüşü səbrsizliklə gözləyirəm” – ARENA.AZ

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi, ukraynalı mütəxəssis Andrey Demçenko ölkəsinin mətbuatına geniş müsahibə verib.

Arena.az xəbər verir ki, 49 yaşlı məşqçi əvvəlcə sabiq klubu “Jenis”i (Qazaxıstan) tərk etməsinin səbəblərindən danışıb.

“Bizim aramızda şifahi razılaşma var idi ki, komandanı aşağı liqaya düşmə zonasından çıxaraq. Müqavilə mövsümün sonuna qədər imzalanmışdı. Mövsüm başa çatdıqdan sonra klub istəsəydi, anlaşmanı uzada, istəməsəydi, xidmətlərimdən imtina edə bilərdi. Bu, onların hüququ idi. Rəhbərlik isə başqa variantı seçdi.

“Jenis” 14 oyundan ibarət məğlubiyyətsiz seriya əldə edərək altıncı pilləyə yüksəldi. Düzdür, daha yaxşı çıxış etmək də olardı, lakin bəzi matçlarda açıq şəkildə bəxtimiz gətirmədi”, – deyə mütəxəssis bildirib.

O, “Araz-Naxçıvan”a təyinatını karyerasında yeni mərhələ adlandırıb. Demçenko Azərbaycan futbolunun sürətlə inkişaf etdiyini qeyd edib:

“Azərbaycanda futbol sürətlə inkişaf edir. “Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısıdır, həmçinin “Sabah’”, “Sumqayıt, “Zirə”, “Neftçi” kimi güclü komandalar var. Burada işləmək üçün yaxşı perspektiv gördüm. Mənim üçün çox maraqlıdır”.

Ukraynalı məşqçi “Neftçi” ilə keçirəcəkləri oyuna da toxunub. Bu komandanı həmyerlisi Yuri Vernidubun çalışdırıldığını xatırladan Demçenko həmkarının təcrübəsi barədə danışıb:

“Təkcə onu demək kifayətdir ki, o, UEFA Çempionlar Liqasında Madrid “Real”ını məğlub edib. Təcrübəli məşqçidir, onun komandası ilə qarşılaşmaq hər zaman maraqlıdır. Bu oyunu səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Andrey Demçenko bu il yanvarın 4-də “Araz Naxçıvan”ın baş məşqçisi təyin olunub. O, bu postda ötən ilin sonunda istefaya göndərilmiş Elmar Baxşıyevi əvəz edib.

“Araz Naxçıvan” – “Neftçi” oyunu Premyer Liqanın 18-ci turunda baş tutacaq. Ukraynalı məşqçilərin çalışdırdığı komandaların qarşılaşması fevralın 1-də keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
80
50
arena.az

10Mənbələr