AZ

Ötən il 45 məntəqədən 1415 kiloqram işlənmiş batareya toplanıb

Sia Az saytına istinadən ain.az xəbər verir.

Ötən il ərzində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ümumilikdə 1415 kiloqram işlənmiş batareya təhvil verilib.

Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, batareyalar 45 müxtəlif məntəqədən götürülüb.

Xatırladaq ki, təhlükəli tullantı sayılan batareyaların utilizasiyası məqsədilə 2022-ci ilin may ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondunun birgə təşkilatçılığı ilə “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi həyata keçirilir. Layihə çərçivəsində müxtəlif dövlət və özəl qurumlarda, təşkilatlarda, təhsil müəssisələrində, marketlərdə, banklarda, hotellərdə və digər bir çox yerlərdə müvafiq qutular yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
3
sia.az

4Mənbələr