AZ

Macarıstan Ukraynanın 20 maddəlik sülh planını əsassız hesab edir

ain.az bildirir, Newscenter.az portalına istinadən.

Macarıstan Ukraynanın 20 maddəlik sülh planını əsassız hesab edir, çünki bu plan onun Avropa Birliyinə daxil olmasını və Qərb ölkələri tərəfindən 800 milyard dollar ayrılmasını nəzərdə tutur. Newscenter.az TASS-a istinadən bildirir ki. bunu Baş nazir aparatının rəhbəri Gergeli Qulyas jurnalistlər üçün keçirilən brifinqdə bildirib.O, Macarıstan hökumətinin 7 yanvar tarixli iclasında Kiyev tərəfindən hazırlanmış və Ukrayna mediası tərəfindən dərc edilmiş Ukraynadakı münaqişənin həlli üçün sözdə sülh planını müzakirə etdiyini bildirib. "Bu plan Ukraynanın 2027-ci ildə Avropa Birliyinə qoşulmasını nəzərdə tutur. Biz bunu qeyri-mümkün hesab edirik", - deyə Qulyas bildirib.Qulyas qeyd edib ki, bundan əlavə, Ukrayna Qərb ölkələrindən onun bərpası üçün 10 il ərzində 800 milyard dollar ayırmasını istəyir:"Bu pulla Macarıstanda 40 il ərzində pensiyaları ödəyə bilər".Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
newscenter.az

2Mənbələr