AZ

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılır

Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkəti Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlara başlayacaq.
ONN media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək.
Qeyd edək ki, bundan əvvəl "Etihad Airways" iki ölkənin paytaxtları arasında birbaşa uçuşlara martın 2-dən başlanılacağını bəyan etmişdi.
Hazırda BƏƏ-nin "Air Arabia Abu Dhabi" şirkəti də Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Aviarsyeslər gündəlikdir.
Seçilən
46
6
onn.az

9Mənbələr