AZ

Hücumçu satışından gələn pulla iki TRANSFER EDƏCƏKLƏR

Aleks Souzanı “Kyoto Sanqa”ya satan “Turan Tovuz” rəhbərliyi əldə etdiyi vəsaiti kassada saxlamayacaq.

Braziliyalı hücumçunu 350 min dollar qarşılığında Yaponiya klubuna göndərən qərbilər bu pulu yeni oyunçuların alınmasına xərcləyəcək.

Kurban Berdiyevin istəyi də budur. Baş məşqçi «sambaçı»nın əvəzinə 2 legionerin alınmasını tələb edib.

«Baba» ləqəbli çalışdırıcı yarımmüdafiə və hücum xətlərinin gücləndirilməsini lazım bilir. Onun maraq dairəsindəkilərlə danışıqlar isə sürətlə gedir.

Gəlişi gözlənilənlər arasında Portuqaliya, Sloveniya, İngiltərə və Rusiyadan olanlar var.

SPORTİNFO.AZ

Seçilən
45
sportinfo.az

1Mənbələr