AZ

Musiqi müəllimlərinin attestasiyası iləMƏLUMAT

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan Regional Mədəniyyət idarələri üzrə fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təxminən 4 000 müəllimin attestasiya prosesi yekunlaşdırılıb.

Bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, fevralın 10-dan etibarən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərindən başlayaraq digər regional idarələr üzrə il ərzində ümumilikdə 8 000-ə yaxın müəllimin attestasiya prosesinin mərhələli şəkildə başa çatdırılması planlaşdırılır.

Attestasiya Bakı şəhərində, Bakı Xoreoqrafiya Akademiyasında əvvəlki qaydalar əsasında həyata keçiriləcək.

Müəllimlərin bu məqsədlə ayrılmış nəqliyyat vasitəsilə Bakı şəhərinə gəliş-gedişi təmin olunacaq. (apa)

 

Seçilən
12
11
xezerxeber.az

10Mənbələr