Son günlər sosial şəbəkələrdə geniş yayılan məlumat cəmiyyətdə çaşqınlıq yaradıb.
İddia olunur ki, yanvarın 20-dən etibarən vətəndaşlar 30 manat ödəməklə sudan limitsiz istifadə edə biləcəklər.
Lakin ölkədə su istifadəsində belə bir limit və ya ödəniş sistemi mövcud deyil. Yayılan məlumatlar nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu “Cebheinfo.az”-a bildirib ki, sözügedən informasiya həqiqəti əks etdirmir:

"Yayılan məlumatlar tamamilə yanlışdır, belə bir hal mövcud deyil".