AZ

“Bavariya”dan “Sauthempton”a Rəsmi

ain.az, Qol.az saytına istinadən bildirir.

“Bavariya”dan “Sauthempton”a - Rəsmi

“Bavariya” qapıçısı Daniyel Peretsin İngiltərənin “Sauthempton” klubuna icarəyə verildiyini açıqlayıb.

QOL.az Münhen klubunun saytına istinadən xəbər verir ki, 25 yaşlı israilli qolkiper mövsümün sonunadək “Sauthempton”da çıxış edəcək. Perets mövsümün ilk yarısını icarə əsasında “Hamburq”da keçirmişdi. 

Qeyd edək ki, Daniyel Perets 2023-cü ilin yayında “Makkabi” (Təl-Əviv) klubundan “Bavariya”ya transfer olunub. O, Münhen təmsilçisinin heyətində indiyədək 7 oyunda meydana çıxıb və ötən mövsüm komanda ilə Bundesliqanın qalibi olub. Perets eyni zamanda İsrail millisinin əsas heyətində möhkəmlənib və yığmada 10 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
1
qol.az

2Mənbələr