AZ

® Müasir tibbin tələblərinə uyğun dermatoveneroloji xidmətlər

Mərkəzi Gömrük Hospitalının Dermatovenerologiya kabinetində dəri və dəriyə aid xəstəliklərin diaqnostika və müalicəsi müasir tibbi standartlara uyğun, peşəkar yanaşma əsasında həkim-dermatoveneroloq Sevinc Kərimova tərəfindən həyata keçirilir.

Hospitalda xəstələrə dermatoloji, veneroloji və mikoloji istiqamətlər üzrə yüksəkixtisaslı tibbi yardım göstərilir.

Dermatovenerologiya kabinetində müayinələr zamanı unikal hesab olunan dermatoskopik müayinə üsulundan istifadə edilir. Həmin müasir diaqnostik metod dəri patologiyalarının erkən mərhələdə aşkarlanmasına, dəqiq qiymətləndirilməsinə və düzgün müalicə taktikasının seçilməsinə geniş imkanlar yaradır.

Bölmədə allergik dermatit və dermatozlar, ekzema, psoriaz, demodekoz, müxtəlif etiologiyalı dəmrovlar, acne vulgaris, ocaqlı alopesiyalar, döyənəklər, dərinin, dırnaqların və saçların göbələk xəstəlikləri uğurla müayinə və müalicə olunur. Eyni zamanda, zöhrəvi xəstəliklərin – xlamidiya, mikoplazma, ureaplazma, qonoreya, trixomoniaz və digər urogenital patologiyaların diaqnostika və müalicəsi aparılır. Genital herpes və virus mənşəli ziyillər (kondilomalar) da bölmənin əsas müalicə istiqamətlərinə daxildir.

Mərkəzi Gömrük Hospitalında dermatoveneroloji xidmətlərin əsas məqsədi sağlamlığın qorunması, erkən diaqnostikanın təmin edilməsi və müraciət edən hər bir xəstəyə fərdi yanaşma əsasında keyfiyyətli tibbi xidmətin göstərilməsidir.

Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi

 

Seçilən
79
2
azertag.az

3Mənbələr