AZ

Millinin üzvləri üçün seminar keçirildi

Milli Olimpiya Komitəsi, Azərbaycan Atletlər Komissiyası və Etika Akademiyası arasında tərəfdaşlıq çərçivəsində üzgüçülük üzrə Azərbaycan millisinin üzvlərinə seminar keçirilib.

Fanat.Az xəbər verir ki, məlumatı Üzgüçülük Federasiyasının mətbuat xidməti yayıb. 

"Etik və psixoloji bacarıqlar ilə güclü idmançı" adlı seminarda gənc üzgüçülərə etik davranış, nitq mədəniyyəti, stressin idarə olunması və psixoloji dayanıqlılıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmələri aşılanıb.

Seçilən
42
5
fanat.az

6Mənbələr