Bakı. Trend:
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 56 874borcalana 3,763 milyard manat kredit verib.
Trend xəbərverir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 684 milyon manatməbləğində biznes kreditlərinə zəmanət verilib, 9 077 mənzil isəkirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “KreditZəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb vəonların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarınauzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsivə ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlılikvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyətgöstərir.