AZ

İranda rejim dəyişikliyi mümkün görünürmü?



“İranda vəziyyət getdikdə daha gərgin xarakter alır. Bir sıra şəhərlərdə təhlükəsizlik qüvvələrinin etirazçılar qarşısında geri çəkilməsi rejimi çətin sınaq qarşısında qoyub. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, etirazlar getdikcə daha da kütləvi xarakter alacaq”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı deyib. O bildirib ki, hazırda rejim üçün iki ciddi problem mövcuddur:

“Biri etirazların getdikcə genişlənməsi, digəri isə hakimiyyət daxilində mövcud olan fikir ayrılığı. Ali dini rəhbərlik ənənəsinə sadiq qalaraq xalq kütlələrinin etirazını xarici amillə bağladığı halda, prezident Pezeşkian sosial sahədə problemləri etirazlara səbəb kimi görür və islahatların keçirilməsini məqbul hesab edir. Bu amil də öz-özlüyündə rejimin güclü bir dalğa nəticəsində devrilməsi mümkünlüyünü göstərir”.

Arzuman Muradlı hesab edir ki, buna rəğmən indiki durumda İranda rejim dəyişikliyi mümkün görünmür:

“Çünki yaxın tariximizdə İranda baş verən anoloji etiraz aksiyaları də göstərdi ki, xarici müdaxilə olmayacağı təqdirdə İranda rejim dəyişikliyi çətin olacaq. Çünki molla rejimi xalqa qarşı hər cür cəza tədbirlərindən istifadə edərək insanların gözünü qorxuda bilir. Xarici amilə gəlincə isə, indiki halda, xüsusilə Venesuela məsələsindən sonra Birləşmiş Ştatların bir müddət hansısa ölkəyə bu və ya digər formada müdaxilə edəcəyi mümkün görünmür. Çünki Vaşinqton indiki halda gözləmə mövqeyi tutmaq niyyətindədir”.

Süleyman
Seçilən
62
1
newscenter.az

2Mənbələr