AZ

Gəmi kapitanı iş başında öldü

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tərkibindəki Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı Zaur Mustafayev xarici ölkə sularında olarkən vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  kapitanın gəmidə insult keçirərək öldüyü bildirilir.

Hazırda onun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, Z.Mustafayev 1976-cı ildə Biləsuvar rayon Ağalıkənd kəndində doğulub. O, 1999-cu ildən Xəzər Dəniz Neft Donanmasında işləyib və donanmanın təcrübəli kapitanlarından hesab olunurdu.

Milli.Az

Seçilən
60
6
milli.az

7Mənbələr