
2025-ci il Turkcell Super Kuboku finalında qarşılaşacaq Qalatasaray və Fənərbaxça komandalarının birgə mətbuat konfransı sabah Rivada təşkil olunacaq.
Missiya.Az türk mediasına istinadən xəbər verir ki, tədbirdə hər iki komandanın baş məşqçiləri və kapitanları iştirak edəcək. Mətbuat konfransı Hasan Doğan Milli Komandalar Düşərgəsi və Təlim Mərkəzindəki Orhan Saka Konfrans Zalında başlayacaq.
Qeyd edək ki, final oyunu 10 yanvar, şənbə günü saat 20:30-da Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Seyranə QuliyevaMissiya.Az