ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan yerli televiziya kanallarında yayımlanan brifinqdə belə deyib. “Bu proses gedir, xəbər gələndə eşidəcəksiniz. Belə müzakirələr gedir. Bilirəm ki, ilkin siyahılar mübadiləsi aparılıb, amma araşdırmalar hələ də davam edir”, - Paşinyan Azərbaycanın neft məhsullarının Ermənistana idxalına dair razılaşmanın necə əldə olunduğu barədə sualın cavabında bildirib. Onun sözlərinə görə, Ermənistan hökuməti özəl şirkətləri Azərbaycanın neft məhsullarını almağa məcbur etməyib, sadəcə, bu imkanın mövcud olduğunu açıqlayıb. Xatırladaq ki, Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası 2025-ci il dekabrın 18-də göndərilib. Buraya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsalı olan 1220 ton benzin daxil olub. Bundan əlavə, yanvarın 8-də Ermənistanın İqtisadiyyat nazirliyi Azərbaycandan neft məhsullarının ikinci partiyasının idxalına hazırlıq işlərinin aparıldığını təsdiqləyib. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.