AZ

Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Masallı rayon Viləş bələdiyyəsinin sədri Alim Ələmovun ölkədən çıxışına “stop” qoyulub.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, buna Viləş bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 71,62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 21978,58 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1107,88 manat məbləğində borc səbəb olub.

Ümumilikdə 23 158 manat borcun ödənilməsini təmin etmək məqsədilə bələdiyyə sədrinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
83
9
bakivaxti.az

10Mənbələr