AZ

Füzulinin Molla Məhərrəmli kəndində yenidən alov müşahidə olunur (FOTO)

Füzuli. Trend:

Xəbər verildiyi kimi, ötən gün Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri,Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləriistiqamətində açıq ərazidə başlayan yanğın bu gün Füzuli rayonununMollaməhərrəmli kəndi ərazisində müşahidə olunur.

Trend-inQarabağ bürosu xəbər verir ki, yanğın vətəndaş məsuliyyətsizliyisəbəbindən başlayıb və hazırda qarşısı alınır.

Əhmədalılar kənd sakinlərinin sözlərinə görə, vətəndaşməsuliyyətsizliyi nəticəsində yaranan yanğın, Cəbrayıl və Füzulirayonlarında bir neçə yaşayış məntəqəsini alov almasına çox yaxınolub.

Küləkli hava şəraitində baş verən yanğının yerli sakinlərə zərərverməməsinin səbəbi küləyin əks istiqamətə əsməsi olub. Əks halda,Cəbrayılın Cocuq Mərcanlı kəndi, Füzulinin Horadiz şəhəri,Əhmədalılar qəsəbəsi, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmlikəndləri alov altında qala bilərdi.

Qeyd edək ki, həmin ərazilərdə hələ də tüstü və duman müşahidəolunur.

Füzulinin
Füzulinin
Füzulinin
Seçilən
38
2
az.trend.az

3Mənbələr