Ankara Ukraynaya hərbi kontingentini sülhməramlı missiya çərçivəsində göndərməyə hazır olduğunu bildirsə də, bunun yalnız atəşkəs təmin edildikdən sonra mümkün olacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik vurğulayıb ki, ölkə uzunmüddətli və dayanıqlı atəşkəsin təmin olunmasına yönəlmiş bütün konstruktiv təşəbbüslərdə iştirak etməyə hazırdır. Eyni zamanda, Türkiyə kontingentinin “istəkli ölkələr koalisiyası”na qatılması yalnız hər bir iştirakçının missiyasının aydın müəyyənləşdirilməsi və ölkələr arasında öhdəliklərin paylaşılmasından sonra mümkündür.
“Münaqişədə Rusiya və Ukrayna arasında daimi atəşkəsin təmin olunmasına yönəlmiş hər hansı təşəbbüslərə Türkiyə dəstək verməyə hazırdır. Bu çərçivədə “koalisiya’nın fəaliyyətlərində fəal iştirak edirik. Hərbi kontingentimizin göndərilməsi üçün əvvəlcə atəşkəs təmin edilməli və hər bir ölkənin missiyası razılaşdırılmalıdır,” – deyə Müdafiə Nazirliyi açıqlamasında qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta