AZ

İran XİN bəyanat yaydı: “İqtisadi böhranın əsas səbəbi ABŞ sanksiyalarıdır” 

Dünən İran Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ-nin İranla bağlı açıqlamasını qətiyyətlə pisləyib. Nazirliyin bəyanatında bu mövqeyin “İranın daxili işlərinə qarışmaq, ölkədə iğtişaş və qeyri-sabitlik yaratmaq məqsədi daşıdığı” vurğulanıb.

Vətəninfo.az xəbər verir ki, bəyanatda iqtisadi problemlərin əsas səbəbi olaraq ABŞ-nin qeyri-qanuni sanksiyaları göstərilir və bu addımların beynəlxalq hüquqa zidd olduğu qeyd olunur.

Nazirlik vurğulayıb ki, İran xalqı müstəqilliyini və milli suverenliyini qorumaqda qərarlıdır və xarici təzyiqlərə qarşı mövqeyini dəyişdirməyəcək.

Seçilən
12
2
veteninfo.az

3Mənbələr