AZ

Ramil Quliyevə “Fənərbağça”da vəzifə verilib

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycan əsilli keçmiş idmançı Ramil Quliyev Türkiyənin “Fənərbağça” İdman Klubunun Atletika Departamentinin yeni rəhbəri təyin edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Ramil Quliyev Türkiyə yığmasının heyətində dünya və Avropa çempionu olub.

Seçilən
146
5
azertag.az

10Mənbələr