AZ

İsrail: Livanın “Hizbullah”ı tərk-silah etmək səyləri yetərli deyil

Bakı, 8 yanvar, AZƏRTAC

Livan hakimiyyətinin “Hizbullah” hərəkatını tərk-silah etmək səyləri qənaətbəxş deyil, lakin Beyrutun cəhdləri “ümidverici başlanğıc” ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir. İsrail tərəfi, həmçinin israr edir ki, ABŞ-ın vasitəçiliyi ilə yəhudi dövləti və ərəb respublikası arasında əldə edilən atəşkəs razılaşmasının mətndə “Hizbullah” hərəkatının tamamilə tərk-silah edilməli olduğu açıq şəkildə göstərilib.

Qeyd edək ki, yanvarın 8-də Livan Silahlı Qüvvələrinin komandanlığı Litani çayının cənubundakı əraziyə nəzarəti bərpa etdiyini bildirib.

Seçilən
66
2
azertag.az

3Mənbələr