Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) Xəzər Dəniz Neft Donanması idarəsinin gəmi kapitanı Zaur Mustafayev vəfat edib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, Zaur Böyükağa oğlu Mustafayev 1976-cı ildə Biləsuvar rayon Ağalıkənd kəndində doğulmuşdu.
1999-cu illərdən Xəzər Dəniz Neft Donanma idarəsində bir çox gəmilərdə işləyib və donanmanın təcrübəli gəmi kapitanlarından biri olub.
Oxu.az
Tarix: 8 Yanvar 2026, 16:09