AZ

Trampdan Maduro açıqlaması: Əməliyyat başlayanda qorxdum

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması üçün Karakasda keçirilən əməliyyat zamanı bunun “Cimmi Karter fəlakəti” ilə nəticələnəcəyindən qorxduğunu bildirib.

Bu barədə o, “The New York Times” qəzetinə müsahibəsində deyib.
Burada o, 1980-ci ildə İranda girov saxlanılan 52 amerikalının azad edilməsi əməliyyatını nəzərdə tutub.
Donald Tramp qeyd edib ki, sözügedən addım ABŞ-nin 39-cu prezidenti Karterin bütün administrasiyasını dağıtmışdı.
1980-ci il aprelin 24-də ABŞ-nin Tehrandakı səfirliyinin 52 əməkdaşının azad edilməsi əməliyyatı uğursuzluqla nəticələnmişdi. Məsələ yalnız 1981-ci ilin əvvəllərində aparılan danışıqlar nəticəsində həll edilmişdi.
Seçilən
33
1
yenilik.az

2Mənbələr