AZ

ABŞ ilə danışıqlara hazırıq, amma...

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə dialoqun şərtlərini açıqlayıb, həmçinin danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib. Bununla belə, o hesab edir ki, danışıqlar qarşılıqlı hörmət və maraqlar prinsiplərinə əsaslanmalıdır.

Publika.az xəbər verir ki, Əraqçinin bu bəyanatını "Əl-Ərəbiyyə" yayıb.

O, İranın müharibəyə hazır olduğunu da bildirib. Nazir Livana səfərinin məqsədinin ikitərəfli əlaqələri genişləndirmək və İsrailin regional təhlükəsizliyə yaratdığı təhdid və çətinlikləri müzakirə etmək olduğunu bildirib.

Seçilən
62
publika.az

1Mənbələr