AZ

Rusiyalı jurnalist Fransada ölü tapılıb

38 yaşlı rusiyalı jurnalist Yevgeni Safronov Paris yaxınlığındakı Meudon şəhərində ölü tapılıb. 

Missiya.Az xəbər verir ki, bu barədə fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, cəsəd yaşadığı binanın həyətində aşkarlanıb.

Jurnalist xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Polis Safronovun mənzilində rus dilində məktublar, zibil qutusunda narkotik maddələr və pəncərənin yanında stul tapıb. 

BFM TV-nin məlumatına görə, Safronov intiharından əvvəl yaxınlarına məktub göndərib və haker hücumuna məruz qaldığını bildirib. Jurnalistin sosial media hesablarına haker hücumu olduğunu təsdiqlənib. Hazırda istintaq davam edir.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
123
missiya.az

1Mənbələr