AZ

Tikinti obyektlərinin istismarına icazələrin verilməsi ilə bağlı yeni QAYDA

Bakı. Trend:

“Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatlarıntərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılmasıQaydaları”nda dəyişikliklər edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərarimzalayıb.

Qərara əsasən, tikinti obyektlərinin istismarına icazə verildiyiandan, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikintiobyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindənməlumat verildikdən sonra, dərhal bu məlumatların TikintilərinDövlət reyestrinə ötürülməsi təmin ediləcək və 3 iş günü müddətindəbu məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internetsəhifəsində yerləşdiriləcək.

Daha əvvəl tikinti obyektinin istismarına icazə verildiyigündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikintiobyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindənməlumat verildikdən sonra, istismara icazə verən və ya tikintibarədə məlumatlandırılan orqan (qurum) bu Qaydalarda nəzərdətutulmuş sənədləri və məlumatları 5 iş günü müddətində TikintilərinDövlət reyestrinə təqdim edir və 3 iş günü müddətində bu məlumatlarDövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsindəyerləşdirilirdi.

Seçilən
73
az.trend.az

1Mənbələr