“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) yeni rəsi Nəriman Mahmudov təyin edilib.
Bu barədə “Azərişıq” ASC-dən bildirilib.
Bu vəzifəyə təyin olunanadək N.Mahmudov qurumun Şimal-Qərb RETSİ-nin rəisi olub.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsində (RETSİ) kadr dəyişiklikləri aparılıb.
“Azərişığ”ın sədri Vüqar Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan RETSİ-nin rəisi Nemət Qasımov və idarənin Satış şöbəsinin rəisi Emil Əkbərli tutduqları vəzifələrdən azad ediliblər.
Hazırda sözügedən vəzifələrə yeni təyinatlarla bağlı rəsmi məlumat verilməyib.
MənbəREPORT