AZ

Ötən il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlanıb

Bakı, 8 yanvar, AZƏRTAC

Ötən il ərzində gömrük orqanları tərəfindən görülən tədbirlər nəticəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 97 fakt aşkar olunub və bu faktlar üzrə, ümumilikdə 1 ton 824 kiloqram 453 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, aşkar edilən narkotiklərin 1 ton 274 kiloqram 889 qramını marixuana, 451 kiloqram 12 qramını heroin, 86 kiloqram 522 qramını həşiş, 10 kiloqram 867 qramını metamfetamin, 584 qramını metadon, 211 qramını tiryək, 154 qramını kokain və digər maddələr təşkil edib.

Qeyd edək ki, qanunsuz dövriyyədən götürülmüş narkotiklərin 97,1 faizi Azərbaycan ərazisindən tranzit yolla keçirilməklə Avropanın qara bazarlarına çıxarılması üçün nəzərdə tutulurdu.

Ötən il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 95 nəfər barəsində müvafiq tədbir görülüb, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 5 cinayətkar dəstə ifşa edilib.

Eyni zamanda,105 cinayət işi üzrə gömrük orqanları tərəfindən müxtəlif illərdə qanunsuz dövriyyədən götürülmüş və barələrində məhkəmənin məhvetmə qərarı qəbul edilmiş, ümumilikdə 6 ton 715 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddələr yandırılmaqla məhv edilib.

Seçilən
127
19
azertag.az

10Mənbələr