AZ

Antuan Semenyonun “Mançester Siti“yə transferinin detalları açıqlanıb

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

"Bornmut"un 26 yaşlı yarımmüdafiəçisi Antuan Semenyonun İngiltərənin digər təmsilçisi "Mançester Siti"yə transferinin detalları açıqlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Sky Sports News" məlumat yayıb.

"Mançester Siti" qanalı oyunçunun transferi üçün "Bornmut"a 62,5 milyon funt sterlinq ödəyəcək. Müqavilədə həmçinin 1,5 milyon funt sterlinqlik performans bonusu və futbolçunun gələcəkdə satışından 10% gəlir bəndi də yer alıb.

A.Semyonyo bu gün tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 5,5 illik müqavilə bağlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
107
3
moderator.az

3Mənbələr