AZ

Şirvanda avtobusla toqquşan “Opel” tanınmaz hala düşdü VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 7-də axşam saatlarında Köhnə Şəhər adlanan ərazidə qeydə alınıb. Belə ki, 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 18-BK-064 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobus, “Opel” markalı avtomobillə toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qəzalı avtomobil evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Oxunub 28

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
100
avtosfer.az

1Mənbələr